×
A
A
A
Sazlamalar

Salyanda mağazalardan oğurluq edən şəxslər saxlanılıblar

Bakı, 26 avqust, AZƏRTAC
Salyan rayonunda oğurluqla məşğul olan şəxslər yaxalanıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, avqustun 24-də Salyan şəhər ərazisindəki mağazaların birindən 65 manat pul oğurlamaqda şübhəli bilinən rayon sakinləri K.Məmmədova, əvvəllər məhkum olunmuşlar Ə.Cəfərov və R.Eyvazov Salyan Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində saxlanılıblar.
R.Eyvazovun və K.Məmmədovanın ətrafında aparılmış əməliyyat tədbirləri ilə onların avqustun 25-də şəhər ərazisindəki daha bir mağazadan 625 manat pul oğurlamaları da müəyyən edilib.
Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisindəki evlərin birindən pul və mobil telefon oğurlamaqda şübhəli bilinən Daşkəsən rayon sakini, əvvəllər məhkum olunmuş S.Mansurov saxlanılıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.

Hadisə 2019-08-26 18:58:00