×
A
A
A
Sazlamalar

Gəncədə iki piyadanı vurub hadisə yerindən qaçan sürücü tutulub

Bakı, 26 avqust, AZƏRTAC
Avqustun 24-də Gəncədə şəhər sakini olan iki nəfər “Mercedes” markalı avtomobil tərəfindən vurulub. Nəticədə piyadalar müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Sürücü isə hadisə yerindən qaçıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, yol-nəqliyyat hadisəsini törədərək uzaqlaşan “Mercedes” markalı avtomobilin sürücüsü, Göygöl rayon sakini S.Məmmədov Gəncə Şəhər Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində saxlanılıblar.
Faktla bağlı araşdırmalar davam etdirilir.

Hadisə 2019-08-26 18:31:00