Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Lotereya biletlərinin satışı ilə məşğul olanın vergi öhdəliyi

Bakı, 26 avqust, AZƏRTAC

Fiziki şəxs vergiödəyicisi kimi lotereya biletlərini şirkətdən müqavilə əsasında alaraq, komisyon qaydada vergiödəyicisi olmayan fiziki şəxslərə parakəndə satarsa, sadələşdirilmiş vergiödəyicisi ola bilərmi?
Vergilər Nazirliyinin Media və kommunikasiya mərkəzindən AZƏRTAC-a bildirilib ki, Vergi Məcəlləsinin 2019-cu il yanvarın 1-dən qüvvədə olan 218.5.10-cu maddəsinə əsasən, vergiödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərə (əhaliyə) göstərilən xidmətlərdən başqa, xidmətlərin göstərilməsini həyata keçirən şəxslərin sadələşdirilmiş vergiödəyicisi olmaq hüququ yoxdur.
Lotereya biletlərinin satışı ilə məşğul olan fiziki şəxslər gəlir vergisinin ödəyicisi kimi fəaliyyət göstərməli və həmin şəxslərin vergi tutulan gəlirləri əldə olunan komisyon haqlarından (alış və satış qiyməti arasındakı fərq) ibarətdir.

Maliyyə 2019-08-26 17:44:00