×
A
A
A
Sazlamalar

Ötən gün törədilmiş 15 cinayətin üstü “isti izlər”lə açılıb

Bakı, 26 avqust, AZƏRTAC 

Ötən gün törədilmiş 15 cinayətin üstü respublikanın daxili işlər orqanları tərəfindən “isti izlər”lə açılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, əvvəlki dövrlərdən bağlı qalmış altı cinayətin açılması təmin olunub.
Axtarışda olduğuna görə ümumilikdə yeddi nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə bir nəfər, borclu şəxs qismində axtarılan iki nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklə əlaqəli yeddi fakt müəyyənləşdirilib.
Cinayət törətməkdə şübhəli bilinən 27 nəfər saxlanılıb.

Hadisə 2019-08-26 17:42:00