×
A
A
A
Sazlamalar

Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenkodan

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Zati-aliləri xanım Mehriban Arif qızı Əliyevaya
Hörmətli Mehriban Arif qızı.
Ad gününüz münasibətilə ən xoş və səmimi təbriklərimi qəbul edin.
Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurası Rusiya-Azərbaycan dostluq münasibətlərinin möhkəmlənməsi istiqamətində Sizin səylərinizi yüksək qiymətləndirir. Sizin ictimai və mədəni-humanitar əlaqələrin inkişafına böyük şəxsi töhfənizi xüsusi qeyd etmək istəyirəm, çünki məhz bunun sayəsində ikitərəfli qarşılıqlı fəaliyyət konstruktiv məcrada inkişaf edir.
Rusiya ilə Azərbaycan arasında münasibətlərin böyük potensialı var. Bunu bizim bu yaxınlarda Bakıda keçirdiyimiz görüşlər və danışıqlar da təsdiq edib. Fəal parlamentlərarası dialoq aparılır, regionlararası əməkdaşlıq möhkəmlənir. Əminəm ki, əməkdaşlığımız bundan sonra da yeni birgə təşəbbüslər və layihələrlə zənginləşəcək.
Sizə səmimi qəlbdən cansağlığı, rifah və ölkələrimizin xalqları arasında dostluq münasibətlərinin möhkəmlənməsi işində uğurlar, ailənizə isə xoşbəxtlik və firavanlıq arzulayıram.
Sizə yüksək ehtiramımı qəbul edin.
Hörmətlə,
Valentina Matviyenko
Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri

Məktublar 2019-08-26 16:45:00