×
A
A
A
Sazlamalar

Mərdəkanda qadına qarşı quldurluq edən keçmiş məhkum tutulub

Bakı, 26 avqust, AZƏRTAC 

Avqustun 24-də Mərdəkan qəsəbəsində yaşayan V.Allahverdiyevanın həyətinə gəlmiş naməlum şəxsin ona yumruqla xəsarət yetirməsi, evə girərək oradan 1800 manat pul aparması barədə Xəzər Rayon Polis İdarəsinin 1-ci polis şöbəsinə müraciət daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, quldurluğu törətməkdə şübhəli bilinən Mərdəkan qəsəbə sakini, əvvəllər məhkum olunmuş C.Rizvanov polis əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbiri nəticəsində saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.

Hadisə 2019-08-26 15:52:00