×
A
A
A
Sazlamalar

Azərbaycan startapları Budapeştdə beynəlxalq sərgi və forumda təqdim olunacaq

Bakı, 26 avqust, AZƏRTAC

Sentyabrın 9-12-də Macarıstanın paytaxtı Budapeşt şəhərində “ITU Telecom World 2019” beynəlxalq sərgi və forum keçiriləcək. Beynəlxalq tədbirlərdə ölkəmizi Azərbaycanın İnnovasiyalar Agentliyi startapları ilə təmsil edəcək.
Agentlikdən AZƏRTAC-a bildirilib ki, Azərbaycan bu sərgiyə İnnovasiyalar Agentliyindən iştirak üçün dəstək alan dörd – Virtual Əməliyyat, Kuleko, Wexplain, Vriendly- startapları ilə qatılacaq. “ITU Telecom World 2019” beynəlxalq sərgi və forumunda Azərbaycanın Milli Pavilyonu yaradılacaq və hər dörd startapımız bu məkandan nümayiş etdiriləcək.
Virtual Əməliyyat, Kuleko, Wexplain, Vriendly startapları tədbir çərçivəsində təşkil olunacaq Kiçik və Orta Sahibkarlıq üzrə Qlobal İnnovasiya (Global SME Award) yarışmasına da qatılacaq.

İKT 2019-08-26 15:22:00