×
A
A
A
Sazlamalar

Mingəçevirdə avtomobil qaçıran şəxs saxlanılıb

Bakı, 26 avqust, AZƏRTAC 

Mingəçevir şəhər sakini Saleh Rəhimov avqustun 25-də Daxili İşlər Nazirliyinin (DİN) 102 Zəng Mərkəzi ilə əlaqə saxlayaraq, şadlıq saraylarından birinin qarşısında saxladığı “VAZ 2106” markalı avtomobilinin qaçırıldığını bildirib.
DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-a bildiriblər ki, müraciət aidiyyəti üzrə Mingəçevir Şəhər Polis Şöbəsinə yönləndirilib. Polis əməkdaşları tərəfindən dərhal əməliyyat-axtarış tədbirlərinə başlanılıb. “İsti izlər”lə keçirilmiş əməliyyat tədbiri nəticəsində avtomobili qaçıran şəxsin şəhər sakini, 61 yaşlı Damət Həsənov olduğu müəyyən edilib. O, şübhəli şəxs qismində saxlanılaraq polis şöbəsinə gətirilib.
Faktla bağlı cinayət işi başlanıb, istintaq aparılır.

Hadisə 2019-08-26 14:22:00