×
A
A
A
Sazlamalar

® Məktəbə “BirKart”la hazırlaş!

“Kapital Bank” 15 sentyabr - Bilik Günü ərəfəsində “BirKart” müştəriləri üçün yeni aksiya təqdim edir. Aksiya çərçivəsində geyim, ayaqqabı, aksesuar, kitab və dəftərxana ləvazimatlarının satışı ilə məşğul olan “BirKart” tərəfdaşlarında taksitlə alış-veriş edən müştərilər 15 faiz “Cashback” əldə edirlər.

Növündən asılı olmayaraq bütün “BirKart” müştəriləri bu fürsətdən bəhrələnə bilərlər. Aksiya sentyabrın 20-dək davam edəcək. “BirKart Miles” sahibləri isə 10 qat mil qazanırlar.
Həmçinin “Bakcell” abunəçiləri aksiya çərçivəsində “Ulduzum”dan şəbəkədaxili pulsuz 15 dəqiqə əldə edirlər. Aksiyada iştirak üçün taksitli alış-veriş zamanı minimal məbləğ tələbi yoxdur.
Qeyd edək ki, “BirKart”ın 3 növü var – taksit, taksit/cashback və taksit/miles. “BirKart” bir sıra üstünlüklərə malikdir. 18 ayadək faizsiz taksitlə hissə-hissə ödəmək imkanı, birdəfəlik ödənişlərdə 40 günədək güzəşt müddəti, istənilən aviabiletə dəyişilməsi mümkün olan millərin toplanması, həmçinin 1,5 faizdən 30 faizədək “Cashback” imkanı mövcuddur və SMS məlumatlandırma xidməti isə pulsuzdur.
“BirKart” haqqında ətraflı məlumat üçün “www.birkart.az” saytına, “196” Sorğu Mərkəzinə və ya kartın “Facebook” səhifəsinə “www.facebook.com/birkart.az” müraciət edə bilərsiniz. “BirKart” sifarişi üçün həmçinin 8196 qısa nömrəsinə və ya (+994 51) 250-99-99 nömrəsinə “WhatsApp” vasitəsilə müraciət etmək olar. Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan “Kapital Bank” 100 filialı və 12 şöbəsi ilə müştərilərin xidmətindədir.

Maliyyə 2019-08-26 11:04:00