Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

A.H.Paşazadənin “Heydər Əliyev” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasında dövlət-din münasibətlərinin formalaşması, milli həmrəyliyin və mənəvi-əxlaqi dəyərlərin bərqərar olması sahəsində xüsusi xidmətlərinə görə Şeyxülislam Allahşükür Paşazadə “Heydər Əliyev” ordeni ilə təltif edilsin.

 

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 26 avqust 2019-cu il.

Sərəncamlar 2019-08-26 10:00:00