×
A
A
A
Sazlamalar

İspaniya La Liqası: “Barselona” yeni mövsümdə ilk qələbəsini qazanıb

Bakı, 26 avqust, Nicat Məmmədov, AZƏRTAC

Avqustun 25-də İspaniya La Liqasının ikinci turun növbəti oyunu keçirilib.
AZƏRTAC xəbər verir ki, son çempion “Barselona” doğma azarkeşlər önündə “Real Betis” komandasını qəbul edib.
Görüş 5:2 hesabı ilə kataloniyalıların xeyrinə başa çatıb. “Barselona”nın heyətində Antuan Qrizman (2), Karlos Perez, Jordi Alba və Arturo Vidal, “Real Betis”də isə Nabil Fekir və Loren Moron fərqləniblər.
Qeyd edək ki, “Barselona” ilk turda səfərdə “Atletik Bilbao” komandasına (0:1), “Real Betis” isə “Real Vallyadolid”ə (1:2) məğlub olub.

 

İdman 2019-08-26 05:18:00