Gürcüstan idmançısı yeni dünya rekorduna imza atıb
Tbilisi, 26 avqust, AZƏRTAC
Gürcüstanın ağır atleti Qeorqi Rostomaşvili Batumidə yeni dünya rekorduna imza atıb.
AZƏRTAC xəbər verir ki, Q.Rostomaşvili Batumi limanında bir barmağına kəndirlə bağlanmış “Tamara 2” gəmisini 5 metr dartıb. Gəminin ümumi ağırlığı 200 tondan çoxdur.
Gürcüstanın Rekordlar Federasiyasından bildiriblər ki, bu dünyada ilk rekorddur. Bu vaxta qədər heç kim bir barmağı ilə belə ağır yükü darta bilməyib.
29 yaşlı Q.Rostomaşvili ağır atletika üzrə bir neçə rekorda imza atıb. O, 2015-ci ildə “Rekordsmenlər kuboku”nun sahibi olub.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
“Crocus City Hall”da terror aktı törədilən yerdə sübutların yoxlanılması başa çatdırılıb
Lavrov: Ermənistandakı vəziyyət nikbinlik yaratmır
İtaliya İsraili Rəfahda hərbi əməliyyat keçirməməyə çağırıb
Nyu-Yorkun mərkəzində avtomobil sürmək üçün rüsum ödəniləcək