×
A
A
A
Sazlamalar

“Muğam dünyasına səyahət” adlı layihə davam edir

Bakı, 25 avqust, AZƏRTAC

Avqustun 25-də Beynəlxalq Muğam Mərkəzinin təşkilatçılığı, Bakı şəhər Mədəniyyət Baş İdarəsinin dəstəyi ilə “Muğam dünyasına səyahət” adlı silsilə konsert proqramlarının növbəti tədbiri Buzovna qəsəbəsi Ruhulla Axundov adına Mədəniyyət evində keçirilib.
AZƏRTAC xəbər verir ki, Beynəlxalq Azərbaycan Muğamı və Musiqisi Günü münasibətilə təşkil olunan konsertdə bir-birindən maraqlı ifalar dinlənilib.
Bu dəfə Buzovna sakinləri qarşısında tarzən Əli Əliyev və kamança ifaçısı Abbas Əliyevin müşayiəti ilə xanəndələr Elgiz Əliyev, Könül Xəlilzadə və Məhəbbət Səfərov çıxış ediblər. Təqdim edilən “Segah”, “Mahur”, “Şur” muğamları və təsniflər maraqla qarşılanıb.
Qeyd edək ki, bu ilin iyul ayından start götürən “Muğam dünyasına səyahət” layihə ilin sonuna kimi davam edəcək.

Mədəniyyət 2019-08-25 23:04:00