×
A
A
A
Sazlamalar

Venesiyada kanalda çimən norveçli turistlər cərimə olunub

Roma, 25 avqust, AZƏRTAC

İki norveçli gənc turist qız gecə saatlarında Venesiyada kanalda çimdikləri üçün hər biri 450 avro məbləğində cərimə edilib.
AZƏRTAC ölkə mətbuatına istinadla xəbər verir ki, turistlərin Rio-di-Kannareco kanalında çimməsini şəhər polisləri görüb və onları sudan çıxarıb. Həmin turist xanımlara şəhərindən uzaqlaşmaq əmr edilib.
Polis 28 yaşlı gənc turist qızların Berqen şəhərindən olduqlarını söyləyib.

Asiman Əsədov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma

Dünya 2019-08-25 20:45:00