×
A
A
A
Sazlamalar

İngiltərə Premyer Liqası: “Mançester Siti” yeni mövsümdə növbəti qələbəsini qazanıb

Bakı, 25 avqust, Nicat Məmmədov, AZƏRTAC

Avqustun 25-də İngiltərə Premyer Liqasının üçüncü turunun növbəti oyunu keçirilib.
AZƏRTAC xəbər verir ki, “Mançester Siti” səfərdə “Bournemouth” komandasının qonağı olub.
Görüş “Mançester Siti”nin 1:3 hesablı qələbəsi ilə başa çatıb.
Pep Qvardiolanın yetirmələrinin heyətində Serxio Aquera (2) və Rəhim Sterlinq fərqləniblər. Meydan sahibinin yeganə qolunu Hari Vilson vurub.
Bu qələbədən sonra xalların sayını 7-yə çatdıran Mançester təmsilçisi ikinci pillədə qərarlaşıb. “Bournemouth” isə 4 xalla 10-cu yerdədir.

İdman 2019-08-25 19:15:00