×
A
A
A
Sazlamalar

Son altı ildə Səudiyyə Ərəbistanına 37 milyard dollar xarici sərmayə cəlb edilib

Ər-Riyad, 25 avqust, AZƏRTAC

Səudiyyə Ərəbistanı Krallığı son altı ildə ölkəyə 37 milyard 99 milyon dollar məbləğində birbaşa xarici sərmayələr cəlb edib.
AZƏRTAC xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının ticarət və inkişaf konfransının qlobal investisiyalar haqqında hesabatında deyilir.
Hesabatda qeyd olunur ki, 2013-cü ildə ölkəyə cəlb olunan birbaşa sərmayələrin həcmi 8,865, 2014-cü ildə 8,012, 2015-ci ildə 8,141, 2016-cı ildə 7,452, 2017-ci ildə 1,419, və 2018-ci ildə isə 3,209 milyard dollar olub.

Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Ər-Riyad

Dünya 2019-08-25 17:38:00