×
A
A
A
Sazlamalar

Boccia idman növü üzrə Avropa Çempionatında ölkəmizi Bəhruz Mirzəyev təmsil edəcək

Bakı, 25 avqust, AZƏRTAC

Avqustun 25-də İspaniyanın Sevilya şəhərində Boccia idman növü üzrə Avropa Çempionatı keçiriləcək.
AZƏRTAC xəbər verir ki, sentyabrın 1-dək davam edəcək çempionatda ölkəmizi bu idman növü üzrə paralimpiya milli komandamızın üzvü Bəhruz Mirzəyev təmsil edəcək.
Qeyd edək ki, bu yarış “Tokio-2020” Yay Paralimpiya Oyunlarına birbaşa lisenziya verir.

İdman 2019-08-25 16:41:00