×
A
A
A
Sazlamalar

Türkiyə ordusu İraqın şimalında üç şəhid verib

Ankara, 25 avqust, AZƏRTAC

Türkiyə Silahlı Qüvvələri İraqın şimalında “Pəncə-3” antiterror əməliyyatı zamanı ağır itki ilə üzləşib.
AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilir ki, “Pəncə-3” antiterror əməliyyatı zamanı PKK terrorçuları ilə qızğın atışma olub. Nəticədə qardaş ölkənin üç hərbçisi şəhid olub, yeddisi yaralanıb. Yaralılar xəstəxanaya çatdırılıb. Bölgədə antiterror əməliyyatı davam edir.


Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara

Dünya 2019-08-25 16:09:00