×
A
A
A
Sazlamalar

Oğuzda meşədə baş verən yanğının söndürülməsinə 1 təyyarə, 2 helikopter cəlb edilib

Bakı, 25 avqust, AZƏRTAC

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Oğuz rayonunun Baş Daşağıl kəndi yaxınlığındakı mürəkkəb relyefli dağlıq ərazidə, meşədə yanğın olması barədə məlumat daxil olub.
Nazirlikdən AZƏRTAC-a bildiriblər ki, yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin şəxsi heyəti və Aviasiya dəstəsinin “BE 200 ÇS” tipli amfibiya təyyarəsi, 2 ədəd helikopteri cəlb edilib.

 

Hadisə 2019-08-25 11:53:00