İspaniya La Liqası: “Real Madrid” komandası öz meydanında xal itirib
Bakı, 25 avqust, Nicat Məmmədov, AZƏRTAC
Futbol üzrə İspaniya La Liqasında ikinci turun növbəti oyunu keçirilib.
AZƏRTAC xəbər verir ki, çempionluğa iddialı “Real Madrid” doğma meydanda “Real Vallyadolid” komandasını qəbul edib. Görüş 1:1 hesabı ilə başa çatıb. Kərim Benzemanın qarşılaşmanın 82-ci dəqiqəsində vurduğu qola matçın sonuna yaxın Serci Quardiola (88) cavab verib.
Xatırladaq ki, ilk turda “Real Madrid” səfərdə Selta Viqo”nu (3:1), “Real Vallyadolid” isə “Real Betis”i məğlub edib (2:1).
Turun digər oyunları avqustun 25-26-da keçiriləcək. Paytaxt təmsilçisinin əzəli rəqibi “Barselona” avqustun 25-də səfərdə “Real Betis” komandası ilə üz-üzə gələcək.
Bədii gimnastika üzrə Dünya Kubokunun ilk qalibləri mükafatlandırılıb VİDEO
Bədii gimnastika üzrə Dünya Kuboku: Qrup hərəkətləri üzrə Azərbaycan komandası bürünc medal qazanıb
Premyer Liqa: “Zirə” doğma meydanda “Neftçi”yə qalib gəlib
Azərbaycan gimnastı Bakıdakı Dünya Kubokunda finala yüksəlib
Almaniyanı təmsil edən gimnast: Bakıda yarışmaq mənim üçün xüsusi məna ifadə edir