×
A
A
A
Sazlamalar

Şamaxı rayonunun Meysəri kəndi yaxınlığında baş verən yanğın söndürülüb

Bakı, 24 avqust, AZƏRTAC 

Şamaxı rayonunun Meysəri kəndi ərazisində dağlıq ərazidə baş verən yanğın söndürülüb.
Fövqəladə Hallar Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, hadisə nəticəsində 6 hektar sahədə quru ot və kol-kos yanıb. Yaxınlıqdakı meşə zolağı yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri və Mülki Müdafiə Qoşunlarının qüvvələri tərəfindən söndürülüb.

Hadisə 2019-08-24 22:31:00