×
A
A
A
Sazlamalar

Türkiyədə zirehli maşın qəzaya uğrayıb: iki polis həlak olub, dördü yaralanıb

Ankara, 24 avqust, AZƏRTAC

Türkiyənin Diyarbəkir vilayətinin Dicle rayonunda polisləri daşıyan zirehli maşın aşıb.
AZƏRTAC xəbər verir ki, ağır yol-nəqliyyat hadisəsi nəticəsində iki polis ölüb, dördü yaralanıb. Yaralılar dövlət xəstəxanasında müalicə olunur.

Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara

Dünya 2019-08-24 22:24:00