×
A
A
A
Sazlamalar

Altı ayda bir işçi orta hesabla 146,4 saat çalışıb

Bakı, 24 avqust, AZƏRTAC

İyulun 1-nə ölkədə 2677 əcnəbi və vətəndaşlığı olmayan şəxsə əmək fəaliyyəti ilə məşğul olmaq üçün icazə verilib və ya iş müddəti uzadılıb.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, onlardan 28,3 faizi tikintidə, 25,4 faizi mədənçıxarma sənayesində, 10,7 faizi emal sənayesində, 8,3 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 5,1 faizi təhsil, 4,9 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri və 17,3 faizi digər sahələrdə məşğul olmaq üçün iş icazələrinə malik olub.
Yanvar-iyun aylarında bir işçiyə düşən orta aylıq işlənmiş iş saatlarının miqdarı 146,4 saat təşkil edib.

Cəmiyyət 2019-08-24 19:32:00