×
A
A
A
Sazlamalar

Bank assosiasiyalarının ölkənin maliyyə bazarındakı rolu müzakirə olunub

Bakı, 24 avqust, AZƏRTAC

Bank assosiasiyalarının ölkənin maliyyə bazarındakı rolu müzakirə olunub.
Azərbaycan Banklar Assosiasiyasından (ABA) AZƏRTAC-a bildirilib ki, qurumun icra aparatı nümayəndələri ilə Almaniya Əmanət Bankları Assosiasiyasının (AƏBA) assosiasiyaları idarəetmə üzrə eksperti Tobias Grapetin rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş keçirilib.
T.Grapet AƏBA-nın təşkilati strukturu və fəaliyyətinin əsas istiqamətlərini əks etdirən təqdimat keçirib, iştirakçıları maraqlandıran sualları cavablandırıb.
Bundan əlavə, görüş zamanı bank assosiasiyalarının ölkənin maliyyə bazarındakı rolu, iş prinsipi və səmərəliliyi geniş müzakirə edilib, bu istiqamətdə fikir mübadiləsi aparılıb.

 

Maliyyə 2019-08-24 18:39:00