×
A
A
A
Sazlamalar

Sahibkarlar Latviyadakı tenderdə iştiraka dəvət olunurlar

Bakı, 24 avqust, AZƏRTAC

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) sahibkarlara müraciət edib.
AZPROMO-dan AZƏRTAC-a bildirilib ki, Latviyanın “Eiropas Dzezcela Linjas” dövlət şirkəti Salaspils şəhərində inşası nəzərdə tutulan yük terminalının layihələndirilməsi və ətraf mühitə təsir imkanlarının qiymətləndirilməsinə dair tender elan edir. Ölkəmizdə fəaliyyət göstərən sahibkarlar və iş adamları tenderdə iştiraka dəvət olunurlar.
Tender haqqında daha ətraflı məlumat əldə etmək üçün “http://edzl.lv/lv/par-edzl/kas-ir-edzl” linkindən istifadə etmək mümkündür.

İqtisadiyyat 2019-08-24 17:07:00