×
A
A
A
Sazlamalar

Zaqatalada gənclər üçün “İncəsənət sosial inkişafda vasitə kimi” təlim proqramı keçirilib

Bakı, 24 avqust, AZƏRTAC 

“Education HUB” təşkilatının “İnkişaf zamanı” proqramı çərçivəsində həyata keçirilən “İncəsənət sosial inkişafda vasitə kimi” təlimlərinin ikinci mərhələsi Zaqatalada təşkil olunub.
AZƏRTAC xəbər verir ki, avqustun 18-dən 23-dək təşkil edilən təlimlər zamanı Azərbaycanın müxtəlif bölgələrindən olan gənclər layihə menecmentinin əsas müddəalarını öyrəniblər. İyirmi beş gəncdən ibarət qrup layihələrin yazılışı, layihə xərcləri və idarəetmə, planlaşdırma, monitorinq və risklərin idarəolunması ilə bağlı praktiki tapşırıqları yerinə yetirib. Ekologiya, ixtisas seçimi, zərərli vərdişlərdən asılılığın aradan qaldırılması, valideyn himayəsindən məhrum uşaqların problemlərinin incəsənət vasitəsilə daha böyük auditoriyaya çatdırılması üçün layihələr hazırlanıb və növbəti aylarda icrası üçün hazırlıqlara başlanıb. Eyni zamanda, layihə komandalarını icra prosesində dəstəkləmək üçün mentorlar komandası da hazırlanıb.

Sosial 2019-08-24 16:50:00