×
A
A
A
Sazlamalar

Azərbaycan və Bolqarıstan alimlərinin dağlıq ərazilərin tədqiqi ilə bağlı birgə layihəsi davam edir

Bakı, 24 avqust, AZƏRTAC

AMEA akademik Həsən Əliyev adına Coğrafiya İnstitutu Bolqarıstan Elmlər Akademiyasının Geofizika, Geodeziya və Coğrafiya Milli İnstitutu ilə birgə “Böyük Qafqaz (Azərbaycan) və Pirin (Bolqarıstan) dağlıq ərazilərinin müasir vəziyyəti və ətraf mühitin transformasiyası” layihəsini həyata keçirir.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, layihə çərçivəsində Azərbaycanın dağlıq ərazilərindəki təbii komplekslərin müasir vəziyyəti və Bolqarıstanda ətraf mühitin qlobal dəyişiklikləri araşdırılır. Hər iki ölkədə dağlıq ərazilərin idarə edilməsi və davamlı inkişafın yaxşılaşdırılması məqsədilə kompleks qiymətləndirilmə aparılır.

Elm və təhsil 2019-08-24 16:48:00