×
A
A
A
Sazlamalar

Azərbaycan idmançısı stronqmen üzrə dünya çempionatında iştirak edir

Bakı, 24 avqust, AZƏRTAC
Avqustun 24-də Ukraynanın Xust şəhərində stronqmen idman növü üzrə dünya çempionatına start verilib.
Azərbaycan Stronqmen Federasiyasından AZƏRTAC-a bildiriblər ki, turnirdə 20 ölkədən xüsusi dəvət əsasında çağırılmış 44 idmançı 110 kiloqram çəki dərəcəsində birincilik uğrunda mübarizə aparır.
Yarışda ölkəmizi Azərbaycan çempionatının gümüş medalçısı, Avrasiya çempionatının bürünc mükafatçısı Namiq Mehdiyev təmsil edir.
İdmançımız turnirdə Azərbaycan Stronqmen Federasiyasının prezidenti Bəxtiyar Quliyevin rəhbərliyi altında mübarizə aparır.

İdman 2019-08-24 15:59:00