×
A
A
A
Sazlamalar

İlahiyyat İnstitutunda müasir ərəb ifadələrində dil xətalarının səbəbləri müzakirə olunacaq

Bakı, 24 avqust, AZƏRTAC 

Avqustun 27-28-də Azərbaycan İlahiyyat İnstitutunda “Müasir ərəb ifadələrində dil xətalarının əsas səbəbləri” mövzusunda elmi seminar keçiriləcək.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, müasir ərəb dilçiliyinin aktual mövzularından birinə həsr edilən seminarı Oman Sultanlığının vətəndaşı, Sultan Qabus Universiteti Ədəbiyyat və humanitar fənlər fakültəsi Ərəb dili və ədəbiyyatı bölməsinin müəllimi İhsan Sadiq Məhəmməd Əlləvati təqdim edəcək.
Elmi seminarda ərəbşünaslar, şərqşünaslar və mövzu ilə maraqlanan digər şəxslər iştirak edə bilərlər.

Elm və təhsil 2019-08-24 15:54:00