Qazaxıstanda Cuçi xanın məqbərəsini turizm obyektinə çevirəcəklər
Nur-Sultan, 24 avqust, AZƏRTAC
Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Ulytau rayonunun beynəlxalq səviyyəli etnoqrafik turizm mərkəzinə çevrilməsini və Qızıl Ordanın 750 illik yubileyi ərəfəsində bu işlərə başlanılmasını təklif edib.
AZƏRTAC xəbər verir ki, Ulytaunun qazax xalqının qızıl beşiyi və tarixə şahid olduğunu deyən ölkə başçısı bu gün həmvətənlərin və xarici vətəndaşlar arasında çox az adamın Çingiz xanın böyük oğlu Cuçi xanın məqbərəsinin Qazaxıstanda olduğunu bildiyini qeyd edib.
Kasım-Jomart Tokayev deyib: “Ulytau bizim üçün xüsusi hörmətlə yanaşdığımız qazax torpağının mərkəzi hesab olunur. Buna görə də, indi əcnəbiləri xalqımızın əvəzolunmaz zəngin irsi və tarixi şəxsiyyəti ilə tanış etməyə yardım etməli, Qızıl Ordanın qurucusu Cuçi xanın məqbərəsini mədəni turizm obyektinə çevirməli və bütün dünyanın diqqətini belə bir tarixi şəxsə yönəltməliyik”.
İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Nur-Sultan
Roma tətilləri: şopinq xüsusiyyətləri
Göllər diyarının cazibədarlığı
Rusiyadan Azərbaycana turist axını 4 dəfə artıb
Qazaxıstanın gəzməli-görməli məkanları - qədim və müasir Çimkənd VİDEO
“MasterChef Türkiye” növbəti verilişini Azərbaycana həsr edib