×
A
A
A
Sazlamalar

Yunan-Roma güləşi üzrə millimiz dünya çempionatına Qırğızıstan yığması ilə birgə hazırlaşır

Bakı, 24 avqust, AZƏRTAC

Sentyabrın 14-dən 22-dək Qazaxıstanın paytaxtı Nur-Sultanda güləş üzrə dünya çempionatı keçiriləcək. Yunan-Roma güləşi üzrə millimiz dünya çempionatına Göygöl Olimpiya İdman Kompleksində hazırlaşır.
AZƏRTAC xəbər verir ki, avqustun 12-də start götürən təlim-məşq toplanışında Qırğızıstan yığması da iştirak edir. Komandalar ümumi fiziki hazırlıqla yanaşı, xalça üzərində taktiki-texniki çalışmaları da icra edirlər.
Qeyd edək ki, hazırlıq prosesi avqustun 30-dək davam edəcək. Millimiz son hazırlığını Bakıda keçəcək.

İdman 2019-08-24 15:31:00