×
A
A
A
Sazlamalar

Qubada yanğının söndürülməsinə FHN-in qurumlarının şəxsi heyəti və texnikası cəlb edilib

Bakı, 24 avqust, AZƏRTAC 

Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 qaynar telefon xəttinə Quba rayonunun Çiçi kəndi yaxınlığında dağlıq ərazidə quru ot və kol-kosun yanması barədə məlumat daxil olub.
FHN-dən AZƏRTAC-a bildiriblər ki, yanğının söndürülməsi işlərinə nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin və Mülki Müdafiə Qoşunlarının şəxsi heyəti və texnikası cəlb edilib. Hazırda yanğının söndürülməsi və digər təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi davam etdirilir. Əlavə məlumat veriləcək.

Hadisə 2019-08-24 15:32:00