Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

FHN: Şamaxı rayonunun Meysəri kəndi yaxınlığında yanğın başlayıb

Bakı, 24 avqust, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 qaynar telefon xəttinə Şamaxı rayonunun Meysəri kəndi yaxınlığındakı ərazidə quru ot və kol-kosun yanması barədə məlumat daxil olub.
FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, yanğının söndürülməsi işlərinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin və Mülki Müdafiə Qoşunlarının şəxsi heyəti və texnikası cəlb olunub. Hazırda yanğının söndürülməsi və digər təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi davam etdirilir.
Əlavə məlumat veriləcək.

 

Hadisə 2019-08-24 15:22:00