×
A
A
A
Sazlamalar

Gömrük nəzarətindən gizlədilən telefonlar aşkarlanıb

Bakı, 24 avqust, AZƏRTAC

Gömrük nəzarətindən gizlədilən telefonlar aşkarlanıb.
Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən AZƏRTAC-a bildirilib ki, Gürcüstandan gələn Rusiya vətəndaşının idarə etdiyi “VAZ-21114” markalı avtomobil Qərb Ərazi Baş Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postunda saxlanılıb və nəqliyyat vasitəsinin sürücüsü şifahi sorğu-sual olunub. Sürücü idarə etdiyi nəqliyyat vasitəsində gizlədilən və gömrük nəzarətinə mütləq bəyan edilməli hər hansı predmetin olmadığını bildirsə də, yoxlama zamanı avtomobilin ön sərnişin oturacağının altında gömrük nəzarətindən gizlədilən 8 ədəd “Samsung Galaxy S9+” markalı mobil telefon aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.

Hadisə 2019-08-24 15:19:00