×
A
A
A
Sazlamalar

“Neftçi” klubunun qvineyalı futbolçusu ölkəsinin U-23 milli komandasına dəvət alıb

Bakı, 24 avqust, AZƏRTAC 

“Neftçi” futbol klubunun qvineyalı yarımmüdafiəçisi Mamadu Kane ölkəsinin U-23 milli komandasına dəvət alıb.
Klubdan AZƏRTAC-a bildiriblər ki, 22 yaşlı yarımmüdafiəçi U-23 komandalar arasında Afrika Millətlər Kuboku çərçivəsində sentyabrın 7-də və 10-da Fil Dişi Sahili yığması ilə keçiriləcək oyunlarla əlaqədar yığmanın heyətinə çağırılıb.

İdman 2019-08-24 15:11:00