×
A
A
A
Sazlamalar

Bərdə regional “ASAN xidmət” mərkəzinin könüllüləri intellektual yarışda biliklərini sınayıblar

Bərdə, 24 avqust, AZƏRTAC

Bərdə regional “ASAN xidmət” mərkəzində könüllülərdən ibarət komandalar arasında “Nə? Harada? Nə vaxt?” intellektual oyunu keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Bərdə rayon Gənclər və İdman İdarəsinin və “ASAN xidmət” mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən yarışda 4 komanda iştirak edib. Əsasnaməyə uyğun olaraq, yarışda komandalara 30 sual verilib. Hər düzgün cavablandırılmış sual bir balla qiymətləndirilib. Fasilələr zamanı Gənclər və İdman İdarəsinin və “ASAN xidmət” mərkəzinin könüllüləri musiqi proqramı ilə çıxış ediblər.
Gərgin mübarizə şəraitində keçən yarışda daha yüksək intellektual oyun nümayiş etdirən "Hərum" komandası birinci, "Xarı bülbül" komandası ikinci, "Partav" komandası üçüncü, "Çələbi" komandası isə dördüncü yeri tutub.
Qalib komandalar Bərdə rayon Gənclər və İdman İdarəsinin diplomları ilə təltif olunub.

Regionlar 2019-08-24 12:29:00