Kənd təsərrüfatı məhsulları istehsalçıları 72,9 milyon manat dəyərində texnika əldə edib
Bakı, 24 avqust, AZƏRTAC
2019-cu ilin birinci yarısında “Aqrolizinq” ASC-nin xətti ilə kənd təsərrüfatı məhsulları istehsalçılarına 72,9 milyon manat dəyərində 261 taxılyığan kombayn, 179 müxtəlif növ traktor, 57 kotan satılıb və verilib.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, sözügedən texnikanın sırasında, həmçinin 50 çiləyici və tozlayıcı, 45 otbiçən, 45 gübrəsəpən, 32 səpici aqreqatlar, 26 mala, 25 kultivator, 20 traktor yedəkləri (qoşqular), 19 ot və küləş presləyən, 15 ot dırmığı, 15 taxıl (toxum) təmizləyən, 14 bağarası frez və 91 digər kənd təsərrüfatı maşın və avadanlıqları yer alıb.
Ağstafada Aqrar İnnovasiya Festivalı çərçivəsində toxum sərgi-satış yarmarkası təşkil olunub
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
Qəhvəyi mərmər bağacığını aşkar etmək məqsədilə Şəkinin kəndlərində 100 feromon tələ asılıb