Azərbaycan millisi İsrail, Ukrayna və Latviya yığmaları ilə qarşılaşacaq
Bakı, 24 avqust, AZƏRTAC
On yeddi yaşadək futbolçulardan Azərbaycan yığma komandası avqustun 24-dən 31-dək Ukraynanın paytaxtı Kiyevdə təşkil olunacaq beynəlxalq turnirdə (Viktor Bannikov turniri) iştirak edəcək.
AZƏRTAC AFFA-ya istinadla xəbər verir ki, yığmamız Viktor Bannikov turnirində Ukrayna, Latviya və İsrail komandaları birgə “A” qrupunda mübarizə aparacaq.
Millimiz avqustun 26-da İsrail, bir gün sonra Ukrayna, ayın 29-da isə Latviya yığması ilə qarşılaşacaq.
Yığmamızın turnir üçün heyətində Elgün Bayramov (“Neftçi”), Eldar Tağızadə (“Fundacion Marcet”, İspaniya), Amin Ramazanov (“Lokomotiv Moskva”, Rusiya), Rəşad Həsənov (“Keşlə”), Cəlal Hüseynov (“Zirə”), Raqib Abışov (“Sabah”), Samir Həsənov (“Rubin Kazan”, Rusiya), Nikita Pesotski Çertanovo (“Moskva”, Rusiya), Ülvi Mədətov (“Qəbələ”), Zöhrab Əsədov (“Qarabağ”), Mirəli Əhmədov, Nihad Cəfərov (hər ikisi “Neftçi”), Elnur Mirzəyev (“Zirə”), Rauf Rüstəmli (“Qəbələ”), Əbil Əbilov (“Keşlə”), Vüsal Qəmbərov (“Sabah”), Musa Musazadə (“Qarabağ”), Arif Məmmədov (“Səbail”), Vüsal Əliyev (“Zirə”), Kamal Kazımov (“Keşlə”), Nicat Quliyev (“Səbail”), Nurəli Nurəliyev (“Zirə”), Mirmövsüm Canıyev (“Qarabağ”) və Vaqif Həsənov (“Keşlə”) yer alıblar.
Bədii gimnastika üzrə Dünya Kubokunun ilk qalibləri mükafatlandırılıb VİDEO
Bədii gimnastika üzrə Dünya Kuboku: Qrup hərəkətləri üzrə Azərbaycan komandası bürünc medal qazanıb
Premyer Liqa: “Zirə” doğma meydanda “Neftçi”yə qalib gəlib
Azərbaycan gimnastı Bakıdakı Dünya Kubokunda finala yüksəlib
Almaniyanı təmsil edən gimnast: Bakıda yarışmaq mənim üçün xüsusi məna ifadə edir