×
A
A
A
Sazlamalar

Əfqanıstanda sülhməramlı qüvvələrin konvoyuna bombalı hücum edilib

Bakı, 24 avqust, AZƏRTAC 

Avqustun 24-də səhər saatlarında Əfqanıstanda sülhməramlı qüvvələrin konvoyuna bombalı hücum edilib. AZƏRTAC Əl-Cəzirə telekanalının saytına istinadla xəbər verir ki, bu ölkənin Pərvan əyalətinin Səyyad rayonundakı Baqram hərbi aerodromunun yaxınlığında bir avtomobilə yerləşdirilmiş əldəqayırma bomba partladılıb. İnsident nəticəsində ölən və yaralananın olmadığı bildirilir.
Pərvan əyalətinin polis rəisi Məhəmməd Mahfuz jurnalistlərə bildirib ki, terrorçular aerodromu mühafizə edən əcnəbi əsgərlərin xidmət etdikləri konvoyu hədəf alıblar. O, dinc sakinlər arasında da qurbanların olmadığını əlavə edib.
ABŞ-ın Əfqanıstandakı qoşun kontingentinin sözçüsü, polkovnik Sonni Leqqet bildirib ki, Birləşmiş Ştatlar və Koalisiya qüvvələrinin əsgərləri arasında itki yoxdur.
Terror aktına görə məsuliyyəti “Taliban” hərəkatı öz üzərinə götürüb.

Dünya 2019-08-24 10:52:00