×
A
A
A
Sazlamalar

İtaliya millisinin baş məşqçisi ilə müqavilə müddəti uzadılıb

Roma, 24 avqust, AZƏRTAC
Futbol üzrə qadınlardan ibarət İtaliya milli komandasının baş məşqçisi Milena Bortolini yığma komanda ilə müqaviləsini 2 illik müddətə uzadıb.
AZƏRTAC ANSA agentliyinə istinadla xəbər verir ki, onun rəhbərliyi altında İtaliya yığması bu il Fransada təşkil olunan qadınlar arasında futbol üzrə dünya çempionatında uğurla çıxış edərək, dörddəbir final mərhələsinədək irəliləmiş, yalnız bu mərhələdə Hollandiya komandasına məğlub olaraq mübarizəni dayandırmışdı.
Qeyd edək ki, futbol üzrə 2021-ci il Avropa çempionatının seçmə mərhələsi çərçivəsində İtaliya millisini avqustun 29-da Təl-Əvivdə İsrail yığmasına, sentyabrın 3-də isə Tbilisidə Gürcüstan komandasına qarşı oyunlar gözləyir.


Asiman Əsədov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma

İdman 2019-08-24 08:18:00