×
A
A
A
Sazlamalar

Xəzər dənizində zəlzələ baş verib

Bakı, 24 avqust, AZƏRTAC

Avqustun 24-də Xəzər dənizində maqnitudası 3,4 olan zəlzələ baş verib.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən AZƏRTAC-a bildirilib ki, yeraltı təkanlar yerli vaxtla saat 01:38-də qeydə alınıb.
Ocağı 40 kilometr dərinlikdə yerləşən zəlzələ hiss olunmayıb.

Ekologiya 2019-08-24 07:51:00