×
A
A
A
Sazlamalar

Şəkidə dağlıq ərazidə yanğın baş verib

Bakı, 24 avqust, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Şəki şəhərinin Kosalı kəndi yaxınlığında dağlıq ərazidə kol-kos, quru ot və biçilmiş taxıl sahəsində yanğın olması barədə məlumat daxil olub.
FHN-dən AZƏRTAC-a bildiriblər ki, yanğının söndürülməsi işlərinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri və Mülkü Müdafiə Qoşunlarının şəxsi heyəti cəlb edilib.

Hadisə 2019-08-24 00:46:00