Tovuz rayonunda evlərin birindən oğurluq etməyə cəhd göstərmiş şəxs polis tərəfindən saxlanılıb
Bakı, 23 avqust, AZƏRTAC
Avqustun 22-də Tovuz rayonunun Abulbəyli kəndindəki evlərin birindən rayon mühafizə şöbəsinə həyəcan siqnalı daxil olub. Dərhal hadisə yerinə gəlmiş rayon mühafizə şöbəsinin əməkdaşları oğurluğa cəhd göstərməkdə şübhəli bilinən Gədəbəy rayon sakini Ə.İsgəndərovu saxlayaraq Tovuz Rayon Polis Şöbəsinə təhvil veriblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində isə Bakı şəhər sakini B.Nərimanbəyliyə məxsus içərisində 700 manat və sənəd olan pul kisəsini oğurlamaqda şübhəli bilinən Şirvan şəhər sakini, əvvəllər məhkum olunmuş Ş.İsmayılov saxlanılıb.
Hər iki faktla bağlı araşdırmalar aparılır.
“Tik-Tok”da “kreditə qızıl satılır” adı altında vətəndaşları talayan dəstə üzvləri saxlanılıb
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
“Binə” və “Sədərək” ticarət mərkəzlərini su basıb, əraziyə xilasetmə qüvvələri cəlb edilib VİDEO
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO