×
A
A
A
Sazlamalar

Paytaxtda bir neçə avtomobildən oğurluq edən Biləsuvar rayon sakini yaxalanıb

Bakı, 23 avqust, AZƏRTAC 

Avqustun 21-də paytaxtın Nəsimi rayonu ərazisində “Mercedes” markalı avtomobildən oğurluğa cəhd göstərməkdə şübhəli bilinən Biləsuvar rayon sakini, əvvəllər məhkum olunmuş S.Həsənzadə Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, aparılmış tədbirlərlə onun daha iki avtomobildən pul oğurlaması da müəyyən edilib.
Faktla bağlı araşdırma aparılır.

Hadisə 2019-08-23 19:57:00