×
A
A
A
Sazlamalar

FHN: Qəbələ rayonunun Solquca kəndində baş vermiş yanğının söndürülməsinə daha bir helikopter cəlb olunub

Bakı, 23 avqust, AZƏRTAC 

Fövqəladə Hallar Nazirliyi Qəbələ rayonunun Solquca kəndi ərazisində baş vermiş yanğınla bağlı yeni məlumat yayıb.
FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, avqustun 23-də nazirliyin 112 qaynar telefon xəttinə Qəbələ rayonunun Solquca kəndində dağlıq ərazidə yanğının baş verməsi barədə məlumat daxil olub. Yanğının qısa zamanda söndürülməsi və geniş əraziyə yayılmasının qarşısının alınması məqsədilə əraziyə FHN-in Aviasiya dəstəsinin “BE 200 ÇS” tipli amfibiya təyyarəsi və iki helikopteri, Dövlət Yanğından Mühafizə Xidmətinin, Mülki müdafiə qoşunlarının və Şimal-Qərb Regional Mərkəzinin müvafiq qüvvələri cəlb olunub.
Əlavə məlumat veriləcək.

Hadisə 2019-08-23 19:34:00