×
A
A
A
Sazlamalar

Mikro və kiçik sahibkarlıq subyektləri üçün seminar keçiriləcək

Bakı, 23 avqust, AZƏRTAC

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə sentyabrın 5-də mikro və kiçik sahibkarlıq subyektləri üçün “İş yerində bədən dili” mövzusunda seminar keçiriləcək.
KOBİA-dan AZƏRTAC-a bildirilib ki, tədbirdə “EduMark Consulting” şirkəti tərəfindən sahibkarlara iş mühitində rəhbər və digər şəxslərlə münasibətlərin idarə olunması, effektiv əlaqələrin qurulması, “bədən dili”ndən (jest, mimika və s.) düzgün istifadə barədə nəzəri və praktik məlumatlar veriləcək.
Seminarda iştirak etmək istəyən sahibkarlardan müvafiq məlumatları (ad, soyad, təmsil etdiyi müəssisə, vəzifəsi, əlaqə telefonu və e-mail ünvanı) mövzu yerinə “İş yerində bədən dili” seminarı” yazmaqla agentliyin “[email protected]” e-mail ünvanına göndərmələri xahiş olunur.
Tədbirdə iştirak ödənişsizdir və iştirakçılara sertifikatlar təqdim ediləcək.

 

İqtisadiyyat 2019-08-23 18:40:00