×
A
A
A
Sazlamalar

Çinin 3 böyük şəhərində Azərbaycanın turizm potensialı təbliğ olunacaq

Bakı, 23 avqust, AZƏRTAC
Azərbaycan Turizm Bürosu sentyabrın 16-dan 22-dək Çin Xalq Respublikasının Pekin, Şanxay və Quançjou şəhərlərində silsilə təqdimatlar keçirəcək.
Dövlət Turizm Agentliyindən AZƏRTAC-a bildirilib ki, "Azerbaijan-China Roadshow on Travel Trade" adlı tədbirdə Azərbaycandan 12, Çindən isə 100-ə yaxın turizm şirkəti iştirak edəcək.
Turizmin müxtəlif istiqamətləri üzrə ixtisaslaşmış təşkilatlar arasında B2B (Biznesdən-biznesə) formatlı görüşlər baş tutacaq.
İkitərəfli görüşlər zamanı mümkün əməkdaşlıq imkanları qiymətləndiriləcək və gələcək tərəfdaşlıq üçün qarşılıqlı fikir mübadiləsi aparılacaq.

Turizm 2019-08-23 18:05:00