Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Göygöldə “Tolerantlıq ölkəsinə səyahət” adlı maarifləndirici tədbir keçirilib

Bakı, 23 avqust, AZƏRTAC
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nəzdində fəaliyyət göstərən Göygöl Uşaq və Ailələrə Dəstək Mərkəzinin təşkilatçılığı ilə Göygöl şəhər Mərkəzi Kitabxanasında məktəblilərə sülhün önəmini aşılamaq məqsədilə “Tolerantlıq ölkəsinə səyahət” adlı maarifləndirici tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə uşaqlara əvvəlcə “tolerantlıq nədir?”, “tolerant olmaq üçün özümüzü necə inkişaf etdirməliyik?” kimi mövzularda geniş məlumat verilib. Kitabxana işçiləri məktəblilərə dünya yazarlarının əsərlərindən misallar göstərərək tolerant olmağın önəmini vurğulayıblar.
Tədbir uşaqlarla diskussiya şəklində davam edib.

Cəmiyyət 2019-08-23 17:47:00