×
A
A
A
Sazlamalar

Xətai rayonu ərazisindən “Mercedes” markalı avtomobil qaçırılıb

Bakı, 22 avqust, AZƏRTAC 

Xətai rayonu ərazisindən “Mercedes” markalı avtomobil qaçırılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, avtomobili qaçırtmaqda şübhəli bilinən Biləsuvar rayon sakini A.İsmayılov Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsi və Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılıb.
Hadisə ilə bağlı araşdırmalar davam etdirilir.

Hadisə 2019-08-23 17:45:00