×
A
A
A
Sazlamalar

Monqolustanda ilin 8 ayı ərzində baş verən daşqınlar 69 nəfərin ölümünə səbəb olub

Bakı, 23 avqust, AZƏRTAC
Monqolustanda ilin 8 ayı ərzində baş verən daşqınlar nəticəsində 69 nəfər həyatını itirib. Onlardan 9-u azyaşlıdır.
AZƏRTAC xarici mətbuata istinadla xəbər verir ki, bu barədə avqustun 23-də ölkənin Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Bildirilir ki, həmin müddət ərzində ölkədə 76 daşqın hadisəsi baş verib.
Sinoptiklər qeyd edirlər ki, Monqolustanın əksər ərazilərində yaxın günlərdə güclü yağış yağacaq. Fövqəladə Hallar Nazirliyi sakinlərə daşan çaylara yaxınlaşmamaq barədə xəbərdarlıq edib.

Dünya 2019-08-23 17:36:00